PSJ-dən 150 milyon avro tələb etdilər

22:43 21 Mart 2023

Fransanın PSJ klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Napoli"də çıxış edən Viktor Osimhendir. PSJ rəsmiləri həm "Napoli" ilə, həm də nigeriyalı forvardın meneceri ilə danışıqlara başlayıb.

 

İtaliya klubu 24 yaşlı futbolçu üçün 150 milyon avro tələb edib. PSJ bu məbləğdən sonra gözləmə mövqeyinə keçib.

 

"Mançester Yunayted" də Osimhenin transferi üçün onun klubu ilə danışıq aparır.

 

Qeyd edək ki, Viktor Osimhen "Napoli"yə 2020-ci ilin yayında "Lill"dən tarnsfer olunub. Nigeriya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti