Almaniya klubu onun Azərbaycanla matça dəvət edilməsindən narazıdır

11:24 22 Mart 2023

Almaniyanın "Maynts" klubu hücumçu Kerim Onisivonun Azərbaycanla qarşıdan gələn AVRO-2024-ün seçmə oyunu üçün Avstriya milli komandasına çağırılmasından narazıdır.

 

Sportarena.az “Laola1”ə istinadən xəbər verir ki, narazılığa səbəb 31 yaşlı hücumçunun dizində problem olması və bu səbəbdən Almaniya Bundesliqasında "Maynts"ın "Frayburq"la (1:1) son matçını başa vura bilməməsidir. 

 

Bu baxımdan Almaniya klubu Onisivonun durumundan narahatdır.

 

31 yaşlı forvard 2015-ci ildən Avstriya millisində çıxış edir. 


Xəbər xətti