Ançelotti özünü sübut edə bilməsə…

10:34 22 Mart 2023

“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelottinin işindən narazıdır.

 

Sportarena.az “calciomercato.com”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Madrid təmsilçisinin əzəli rəqibi “Barselona”nın İspaniya La Liqasında vahid liderliyindən məyus olub.

 

Onlar əmindirlər ki, mövcud durumu dəyişmək heç də asan olmayacaq. Elə bu səbəbdən, italiyalı mütəxəssis İspaniya kubokunda və UEFA Çempionlar Liqasında özünü sübut etməlidir. “Real” bu turnirlərdə uğur qazana bilməsə, Ançelotti cari mövsümün sonunda postunu tərk edəcək.

 

İspaniya kubokunun yarımfinalında paytaxt təmsilçisi “Barselona”, Çempionlar Liqasının 1/4 finalında isə “Çelsi” ilə qarşılaşacaq.


Xəbər xətti