“Real” Benzemadan narazıdır

13:35 22 Mart 2023

“Real” hücumçusu Kərim Benzemanın çıxışından razı deyil.

 

Sportarena.az “Todofichajes”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun Madrid təmsilçisinin matçlarına olan münasibətindən narahatdır. Eyni zamanda, o, tez-tez zədələnir.

 

Fransalı hücumçu yayda “kral klubu”nu tərk edə bilər. Onun əvəzləyicisi kimi Kilian Mbappe, Erlinq Haland və ya Harri Keyn nəzərdən keçirilir.

 

Benzema cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi bu ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti