Harri Rednapp: "Təklif gəlsə, imtina etmək çətin olacaq"

20:46 22 Mart 2023

İngilis mütəxəssis Harri Rednapp yenidən "Tottenhem"i çalışdırmağa hazır olduğunu bildirib.

 

Sportarena.az xəbər verir ki, "talkSPORT"a danışan təcrübəli mütəxəssis təklif gözlədiyini söyləyib:

"Düzünü desəm, təklif gəlsə, imtina etmək çətin olacaq. Bir şeyi sevdiyiniz zaman, yox demək çətindir. Daniel Levi mənə zəng etmədi, belə bir şey yoxdur. Ancaq indi müxtəlif tədbirlərə gedirəm, qolf oynayıram. Söhbət pulda deyil, problemdən gedir. Mən bu hissləri sevirəm, matçda qalib gəlmək hissi gözəldir. Təklif gələrsə, imtina etmək çətin olardı. Gənc məşqçilərə gəlincə, daha təcrübəli məşqçilər nadir hallarda gətirilir, amma düşünürəm ki, həftədə bir-iki gün də olsa, bu variantın potensialı var".

 

76 yaşlı mütəxəssis “Vest Hem”, “Portsmut”, “Tottenhem”, “Birmingem” klublarını çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti