“Qarabağ” – “Qalatasaray” matçını Türkiyə telekanalı canlı yayımlayacaq

15:18 23 Mart 2023

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə matçını Türkiyə telekanlı canlı yayımlayacaq.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər oyunu “Haber Global” telekanalından canlı izləyə biləcəklər.

 

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

 

“Qarabağ” – “Qalatasaray” görüşünün bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Xəbər xətti