Ronaldo “Atletiko”ya keçir? – AÇIQLAMA

18:15 23 Mart 2023

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes futbolçunun “Atletiko”ya mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Atletiko” ilə müqavilə imzalamaq? Bu, Kriştianonun ağlına belə, gəlməmişdi”.

 

Xatırladaq ki, 2022-ci ilin noyabrında “Mançester Yunayted” portuqaliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıb. Ronaldo hazırda Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”də çıxış edir.

 

“Qızıl top”un beşqat qalibinin “Əl Nəsr”lə sözləşməsi 2025-ci ilə kimi nəzərdə tutulub. Onun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

 

Kriştiano Ronaldo “Əl Nəsr”in heyətində bütün turnirlər daxil olmaqla 9 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti