Hazırlıq matçları: Millimizin rəqibi məğlub oldu, Argentina qalib gəldi

11:12 24 Mart 2023

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Rusiya yığması səfərdə İran millisi ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

 

Ukrayna millisi İngiltərənin “Brentford” klubunun ikinci komandası ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

 

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya yığması Macarıstaa görüşdə üzülüb.

 

Dünya çempionu Argentina millisi isə Panama yığmasıyla qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

 

Yoxlama oyunları

23 mart

Honduras – El Salvador 1:0

Solomon adaları – Vanuatu 2:0

Yeni Zelandiya – Çin 0:0

Honq Konq – Sinqapur 1:1

Malayziya – Türkmənistan 1:0

Brentford 2 – Ukrayna 0:2

İran – Rusiya 1:1

Macarıstan – Estoniya 1:0

Argentina – Panama 2:0


Xəbər xətti