AVRO-2024: İsveç - Azərbaycan matçını qadın hakim idarə edəcək

16:30 24 Mart 2023

İsveç və Azərbaycan milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyununun təyinatları məlum olub.

 

Sportarena.az xəbər verir ki, görüş Fransadan olan qadın hakimə tapşırılıb.

 

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

 

Martın 27-də “Friends Arena”da keçiriləcək qarşılaşma saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti