Fernando Santos: “Məyus və kədərliyik”

22:36 25 Mart 2023

Polşa milli komandasının baş məşqçisi Fernando Santos AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Çexiya ilə matçından sonra (1:3) danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin aqressiv əks-hücumlar etdiyini dilə gətirib:

“Bu gün meydandan yaxşı nəticə ilə ayrıla bilmədik. Çexlərin yaxşı oynadığını bilirdik, lakin buna baxmayaraq, onların öhdəsindən gələ bilmədik.

Rəqib çox aqressiv əks-hücumlarla bizi sıxırdı. Müdafiədən hücuma çox tez keçirdilər. Qısa bir zamanda oyunumuzu təhlil etməliyik.

Bizi qarşıda Albaniya ilə vacib oyun gözləyir.

Məyus və kədərliyik. Müdafiə və hücum arasında hər zaman balans olmalıdır”.

 

Qeyd edək ki, Polşa millisi hazırda E qrupunda 0 xalla sonuncu, Çexiya isə 3 xalla birincidir.


Xəbər xətti