"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO

01:57 26 Mart 2023

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ı Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

 

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti