"Qarabağ" və "Qalatasaray"ın prezidenti qazilərlə görüşdü - FOTO

15:51 26 Mart 2023

Bu gün "Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

 

Sportarena.az xəbər verir ki, matçdan əvvəl Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl və "sarı-qırmızılar"ın rəhbəri Dursun Özbək görüşüblər. 44 günlük Vətən Müharibəsinin qaziləri də klub rəhbərləri ilə görüşdə iştirak ediblər.

 

"Sabah"ın akademiyasının koordinatoru Təbriz Həsənov və "Neftçi"nin futbolçusu Mert Çelik də "Qalatasaray"ın düşərgəsini ziyarət edib.

 

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti