Mauro İkardi "Qarabağ"la matç haqda paylaşım etdi

10:55 27 Mart 2023

"Qalatasaray"ın forvardı Mauro İkardi dünən "Qarabağ"a qarşı dünən keçirilmiş xeyriyyə matçı haqda instaqram hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, argentinalı azarkeşlərə təşəkkürünü bildirib:

 

"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram".

 

Qeyd edək  ki, matç "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.  İkardi isə "Qalatasaray"a qələbə qazandıran qolun müəllifi olub. 


Digər xəbərlər

Xəbər xətti