FIFA reytinqi: Son dünya çempionu ilk pilləyə yüksələcək

17:59 27 Mart 2023

FIFA-nın aprelin 6-da açıqlayacağı yeni reytinq cədvəlinin ilk pilləsində dəyişiklik olacaq.

 

Sportarena.az "Football Ranking"ə istinadən xəbər verir ki, Argentina millisi Braziliyanı qabaqlayaraq, zirvəyə yüksələcək.

 

Buna səbəb "tanqoçular"ın beynəlxalq yoldaşlıq oyununda Panamaya 2 cavabsız qolla qalib gəlməsi, "sambaçılar"ın isə Mərakeşə 1:2 hesabı ilə uduzmasıdır.

 

Qələbə argentinalılara əlavə 1,52 xal qazandırıb. Xallarını 1 840-a çatdıran Lionel Skaloninin komandası ilk sıraya yüksələcək. 6,63 xal itirən braziliyalılar isə ikinci pilləyə geriləyəcəklər - 1 834 xal.

 

Qeyd edək ki, FIFA-nın açıqladığı son siyahıda Azərbaycan millisi 1 151 xalla 121-ci yerdə qərarlaşıb.


Xəbər xətti