Tuçameni: “O, millinin paltardəyişmə otağında liderlərdən biridir”

18:24 27 Mart 2023

Fransalı yarımmüdafiəçi Orelyen Tuçameni yığma komandada kapitan sarğısı verilməyən Antuan Qrizmanın oyununu şərh edib.

 

Sportarena.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, o, millidəki komanda yoldaşının paltardəyişmə otağında lider olduğunu deyib:

“Qrizmann komandamıza çox şey verir. O, millinin paltardəyişmə otağında liderlərdən biridir”.

 

Fransa millisinin yeni kapitanı Kilian Mbappedir.

 

Fransa yığması bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiya ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti