Tomas Tuxel: "Bavariya"dan təklif gözləmirdim"

21:40 27 Mart 2023

"Bavariya"nın baş məşqçisi təyin olunan Tomas Tuxel açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis Münhen təmsilçisinindən təklif gözləmədiyini deyib:

"Mənim üçün müqavilənin müddəti önəmli deyil. Uğurlu olsaq, sözləşməmizi uzadarlar. Əsas hədəfim mənə əmanət edilən bu işi yaxşı icra etməkdir. "Bavariya" ilə əvvəlcədən təmasım olmayıb. Təklif gözləmirdim".

 

Qeyd edək ki, Tomas Tuxel "Bavariya"nın baş məşqçisi postunda Yulian Naqelsmannı əvəz edib. 49 yaşlı mütəxəssis Bundesliqa klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.


Xəbər xətti