“Zirə”nin futbolçuları millidə ehtyatda qaldılar

10:16 28 Mart 2023

“Zirə”nin legionerləri Toni Qomeslə İssa Cibrilla Afrika Millətlər Kubokunda məğlubiyyətə üzülüblər.

 

Sportarena.az xəbər verir ki, Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabıyla uduzub.

 

İssanın komandası – Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub.

 

Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

A qrupunda yer alan Qvineya-Bisau 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda 2 xalla 3-cüdür.


Xəbər xətti