Deputatdan millimizə sərt tənqid: "Ermənistanın oyunlarını diqqətlə izləyib, ən azı “aşsüzən” olmamanın yolunu tapmaq yaxşı olardı"

13:55 28 Mart 2023

"Futbolumuz “aşsüzən” dövrünə yenidən qayıtdı".

 

Sportarena.az xəbər verir ki, bunu millimizin İsveç səfərindəki biabırçı məğlubiyyətindən (5:0) sonra deputat Fazil Mustafa deyib. 

 

O, millimizin oyunçularının milli məsuliyyəti dərk etmədiyini vurğulayıb:

"Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçini gətirsəniz də belə davam edəcək".

 

Deputat oyunçularımızın Gürcüstan və Ermənistan millilərini nümunə götürməli olduğunu qeyd edib:

"Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı “aşsüzən” olmamanın yolunu tapmaq yaxşı olardı".


Xəbər xətti