"Neftçi"nin müdafiəçisi 90 dəqiqə oynadı, "Qarabağ" və "Sabah"ın futbolçuları ehtiyatda qaldı

23:22 28 Mart 2023

Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsinə ilə başlayıb.

 

Sportarena.az xəbər verir ki, Villi Sanyolun baş məşqçi olduğu kollektiv A qrupunun ilk turunda Norveçi qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə ilə başa çatıb.

 

İlk qolu qonaqlar vurublar. Aleksandr Sörlot 15-ci dəqiqədə rəqib qapısına yol tapıb. 61-ci dəqiqədə isə meydan sahibləri Jorj Mikautadzenin vurduğu qolla məğlubiyyətdən qaçıblar.

 

Meydana start heyətində çıxan "Neftçi"nin gürcüstanlı müdafiəçisi Solomon Kverkveliya sonadək əvəzlənmədən oynayıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili və "Sabah"ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıb.

 

Qeyd edək ki, hazırda Gürcüstan yığması 1 xalla 4-cü pillədə qərarlaşıb. 2 oyundan sonra eyni xalı olan Norveç isə 3-cü sırada yer alıb.


Digər xəbərlər

Xəbər xətti