Yoldaşlıq oyunları: Belçika Almaniyanı məğlub etdi

10:22 29 Mart 2023

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoldaşlıq oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, ötən gecə daha bir neçə belə görüş baş tutub.

 

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Belçika yığması Almaniya yığması ilə qarşılaşıb. Millimizin rəqibi beş qolun qeydə alındığı bu oyundan qalib ayrılıb.

 

Argentina yığması Kurasao ilə görüşdə 7 cavabsız qola sevinibsə, Uruqvay millisi də Cənubi Koreyadan güclü olub.

 

Yoxlama oyunları

28 mart

Avstraliya – Ekvador 1:2

Banqladeş – Seyşel 0:1

Yaponiya – Kolumbiya 1:2

Cənubi Koreya – Uruqvay 1:2

Nepal – Butan 1:1

Qırğızıstan – Hindistan 0:2

İndoneziya – Burundi 2:2

Malayziya – Honq Konq 2:0

Ermənistan – Kipr 2:2

İran – Keniya 2:1

BƏƏ – Tailand 2:0

Özbəkistan – Venesuela 1:1

İordaniya – Filippin 4:0

Suriya – Bəhreyn 0:1

Almaniya – Belçika 2:3

Küveyt – Tacikistan 2:1

Səudiyyə Ərəbistanı - Boliviya 1:1

Mərakeş – Peru 0:0

Argentina – Kurasao 7:0


Xəbər xətti