Millinin baş məşqçisi: “Bizim üçün asan olmayacaq”

14:53 29 Mart 2023

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Şotlandiya ilə matçını (0:2) dəyərləndirib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticənin planlarına təsir etmədiyini bildirib:

“Qeydə alınan hesab planlarımızı dəyişmir. Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Öncədən qrupdakı digər komandalarla mübarizənin çətin olacağını bilirdik. Bizim üçün asan olmayacaq”.

 

İspaniya millisi hazırda A qrupunda 3 xalla ikinci, Şotlandiya isə 6 xalla birincidir.


Digər xəbərlər

Xəbər xətti