DÇ-də iştirak edən Azərbaycan atletləri Bakıya qayıtdılar

12:17 30 Mart 2023

Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində iştirak edən atletlərimiz Vətənə qayıdıblar.

 

Sportarena.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları yaxınları və dostları, mütəxəssislər, rəhbər şəxslər, KİV nümayəndələri, digər ağır atletikasevərlər qarşılayıblar.

 

İdmançılara gül buketləri və qələbə çələngi təqdim edilib, xatirə şəkilləri çəkdirilib.


Xəbər xətti