Canni De Byazi: "Onlar İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar"

19:33 12 Aprel 2023

"Yığmalar arasında fərq ondan ibarətdir ki, onların futbolçuları İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar".

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzduqları səfər oyunları barədə İtaliya mətbuatına açıqlamasında deyib.

 

67 yaşlı mütəxəssis bildirib ki, hər iki matçda kifayət qədər yaxşı oynasalar da, məğlubiyyətdən qaça bilməyiblər:

"Uduzmağa nifrət edirəm, amma futbolda hər şey ola bilər".

 

İtaliyalı mütəxəssis aprelin 13-də Bakıya qayıdacağını söyləyib.

 

Qeyd edək ki, sabah AFFA İcraiyyə Komitəsinin iclası olacaq və Canni De Byazi milli assosiasiya rəhbərliyinə hesabat verəcək.


Digər xəbərlər

Xəbər xətti