İrəvandakı Avropa çempionatından imtina edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıb

21:26 15 Aprel 2023

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Qeyd edək ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.


Digər xəbərlər

Xəbər xətti