"Yuventus" "Çelsi"nin müdafiəçisini istəyir

12:51 24 Aprel 2023

Xalidu Kulibali İtaliya klubuna keçə bilər.

 

Sportarena.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, seneqallı müdafiəçinin xidmətində “Yuventus” maraqlıdır. Turin klubunun baş məşqçisi Massimiliano Alleqri daha bir mərkəz müdafiəçisi ilə müqavilə imzalanmasını istəyir və “Yuve” rəhbərliyindən belə bir fürsət olarsa, Kulibalinin keçidini təşkil etməyi xahiş edib.

 

“Yuventus” futbolçunu satın alma variantı olmadan, icarəyə götürməyi düşünür. İtaliya klubuna keçmək üçün Kulibali illik maaşının 10 milyon avrodan 7 milyona endirilməsinə razılaşmalı olacaq.

 

Alleqri artıq “Çelsi”nin müdafiəçisi ilə əlaqə saxlayıb.

 

Qeyd edək ki, Kulibali bu mövsüm Premyer Liqada 22 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti