"Neftçi" finalda - YENİLƏNİB + VİDEO

21:59 26 Aprel 2023

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, bununla da turnirin ilk finalçısı bəlli olub.

 

Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkib. Ev sahibi klub rəqibini məğlub edərək (2:0) adını finala yazdırmağı bacarıb.

 

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

 

26 aprel

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

"Neftçi" 2:0 "Turan Tovuz" (yekun) 

Qol: Emin Mahmudov, 90+3, Kenni Sayef, 90+8

Baş hakim: Fərid Hacıyev

İlk oyun - 0:1

Bakı, "Bakcell Arena"

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi

 

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti