"İnter" "Yuventus"u məğlub etdi - VİDEO

09:54 27 Aprel 2023

İtaliya kubokunda yarımfinalın ilk cavab oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

 

“İnter” evdə “Yuventus”la üz-üzə gəlib. Bu komandalar arasında Turində keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə Milan təmsilçisi qələbə qazanaraq finala yüksəlib.

 

Digər finalçı sabah “Fiorentina” – “Kremoneze” matçında müəyyənləşəcək.

 

İtaliya kuboku

Yarımfinalın cavab oyunları

26 aprel

İnter – Yuventus 1:0

Qol: Dimarko, 15.

İlk oyun – 1:1.


Digər xəbərlər

Xəbər xətti