"Qəbələ" finala yüksəldi - YENİLƏNİB + VİDEO

21:55 27 Aprel 2023

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olub.

 

Əyalətdə keçirilmiş ilk görüşdə 3:2 hesablı qələbəyə sevinən "Qəbələ" cavab görüşündə də rəqibini məğlub edərək (0:1) finala yüksəldi. 

 

"Qırmızı-qaralar" finalda "Neftçi"yə rəqib oldu. 

 

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

27 aprel

20:00. "Səbail" 0:1 "Qəbələ" (yekun) 

Qol: İsnik Alimi 49

İlk oyun - 2:3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

"ASCO Arena".

 

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti