Türki futbolçu ilə baş məşqçi arasında gərginlik: Klubdan ayrılır

19:27 27 Aprel 2023

İtaliyanın "Atalanta" klubunda çıxış edən Merih Demiral baş məşqçi Can Pyero Qasperini ilə mübahisə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 25 yaşlı mərkəz müdafiəçisi Berqamo təmsilçisinin rəhbərliyinə yayda klubdan ayrılmaq istədiyini bildirib.

 

Qasperininin mövsümün əvvəlində türk futbolçunun "İnter"ə transfer olmasının qarşısını aldığı iddia olunur.

 

Qeyd edək ki, Merih Demiral "Atalanta"ya 2021-ci ilin yayında "Yuventus"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə A Seriyası klubunun heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti