İbrahimoviçi məyus edən müayinə

18:53 29 Aprel 2023

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç cari mövsümdə bir daha meydançaya çıxmaya bilər.

 

Sportarena.az “Football Italia”-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında aparılan müayinədən sonra onun oynamaq ehtimalı çox az dəyərləndirilib.

 

İbrahimoviçin “qırmızı-qaralar”la müqaviləsi yayda başa çatacaq. “Milan” 41 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyəcək. Buna baxmayaraq, isveçli futbolçu karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.

 

İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun “Leççe” ilə matçında (2:0) zədələnib.


Digər xəbərlər

Xəbər xətti