Millimiz UEFA turnirinə qələbə ilə başladı

19:45 2 May 2023

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını 50 və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurub.

 

Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti