Birinci divizion: “Araz Naxçıvan” çempion oldu

19:28 4 May 2023

Azərbaycan I Divizionunda 27-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 3 görüş baş tutub.

 

“Səbail-2” “Qəbələ-2” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb. MOİK səfərdə “Mingəçevir”i məğlub edib. “Araz Naxçıvan” isə “Qaradağ Lökbatan”la səfər oyununda inamlı qələbəyə sevinib. Nəticədə Muxtar Respublika təmsilçisi 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

 

I Divizion

27-ci tur

4 may

“Səbail-2” – “Qəbələ-2” 1:0

Qol: Rasim Həsənov, 86.

Bakı. “ASCO Arena”, 16:00.

 

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” 0:2

Qol: Orxan Əliyev, 17-pen. Bayraməli Qurbanov, 45.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

 

“Mingəçevir” – MOİK 0:2

Qol: Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

 

İlk oyun günündə qeydə alınan nəticələr:

“Qarabağ-2” – “Sumqayıt-2” 0:1

“Zaqatala” – “Zirə-2” 3:0

“Neftçi-2” – “Turan Tovuz-2” 2:2

“İmişli” – “Kəpəz-2” 1:2


Digər xəbərlər

Xəbər xətti