"Beşiktaş" Cenk Tosunla bağlı qərarını verdi

22:49 19 May 2023

"Beşiktaş" futbolçusu Cenk Tosunla müqavilənin müddətini uzadacaq.

 

Sportarena.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü ilə 2+1 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib.

 

Qeyd edək ki, C.Tosun bu mövsüm 31 matçda 16 qol vurub, 4 qolun ötürməsini verib. O, 2020/2021 mövsümünün 2-ci yarısını icarə əsasında "Beşiktaş"da keçirib. 31 yaşlı hücumçu bu mövsümün əvvəlində yenidən İstanbul təmsilçisinə transfer olub.


Digər xəbərlər

Xəbər xətti