“Bayern”dən şok məğlubiyyət

10:18 21 May 2023

Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha beş görüş baş tutub.

 

“Herta” – “Bohum”, “Verder – Köln” və “Şalke” – “Ayntraxt” matçlarında qalib müəyyənləşməyib. “Hoffenhaym” “Union Berlin”i məğlub yola salıb.

 

Lider “Bayern” isə “Leypsiq”lə ev oyununda gözlənilməz məğlubiyyətə üzülüb.

 

Almaniya Bundesliqası

33-cü tur

20 may

Herta – Bohum 1:1

Qol: Tuzar, 63 – Şlotterbek, 90+4.

 

Hoffenhaym – Union Berlin 4:2

Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 – Doexi, 45+4. Layduni, 90+5.

 

Şalke – Ayntraxt 2:2

Qol: Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59.

 

Verder – Köln 1:1

Qol: Şmid, 73 – Tigges, 36.

 

Bayern – Leypsiq 1:3

Qol: Qnabri, 25 – Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.


Xəbər xətti