Türkiyə Superliqasına yüksələn 2-ci komanda bilindi

22:23 21 May 2023

Yeni mövsüm üçün Türkiyə Superliqasında iştirak hüququ qazanan daha bir komanda müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Rizəspor" bir illik fasilədən sonra elitaya yüksəlib.

 

Birinci liqanın 38-ci turunda bu gün "Altınordu" ilə heç-heçə edən komanda ilk 3-lükdəki yerini təmin edib. Rizə təmsiçisi hazırda 68 xalla 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, bundan əvvəl "Samsunspor" da Superliqaya vəsiqə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti