“Borussiya” darmadağınla zirvədə!

11:38 22 May 2023

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Maynts” evdə “Ştutqart”a böyük hesabla uduzub. “Bayer” – “Borussiya” (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib.

 

Dortmund “Borussiya”sı isə səfərdə “Auqsburq”u böyük hesabla məğlub etməklə sona bir tur qalmış zirvəyə yüksəlib. Hazırda bu komanda 70 xalla vahid liderdir. Bir gün öncə uduzmaqla çempionluq şansını böyük ölçüdə itirən “Bayern” isə 68 xalla ikinci pillədə qərarlaşıb. 63 xalı olan “Leypsiq” üçüncüdür. “Union Berlin” və “Frayburq”un 59, “Bayer”in 50 xalı var.

 

Almaniya Bundesliqası

33-cü tur

21 may

Maynts – Ştutqart 1:4

Qol: İnqvartsen, 23 – Endo, 41. Jirassi, 63. Fuhrix, 78. Kulibali, 90+1.

 

Auqsburq – Borussiya (Dortmund) 0:3

Qol: Haller, 58; 84. Brandt, 90+3.

 

Bayer – Borussiya (Mönhenqladbax) 2:2

Qol: Adli, 15. Demirbay, 20 – Hofmann, 58. Ştindl, 90.


Xəbər xətti