İtaliyalı futbolçu Amsterdamda kanala düşərək ölüb

13:00 23 May 2023

Niderland polisi Amsterdamda gecə gəzintisi zamanı kanala düşən italyan futbolçu Qabriele Qallaninin ölümü ilə bağlı araşdırmalara başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “ParmaToday” məlumat yayıb.

 

Belə ki, 24 yaşlı idmançı bir çox gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzinti zamanı yoldaşlarının arxasınca gedərkən ehtiyatsızlıq nəticəsində kanala düşüb.

 

Suya düşən şəxs barədə siqnal daxil olduqdan sonra xilasedicilər, o cümlədən dalğıclar, təcili tibbi yardım maşınları hadisə yerinə gəlib.

 

Ağır vəziyyətdə sudan çıxarılan şəxs xəstəxanaya aparılıb və bir neçə saat sonra orada ölüb.


Xəbər xətti