“Mançester Siti”dən “Brayton”la heç-heçə

10:18 25 May 2023

İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyunlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

 

Günün yeganə matçında çempionluğu təmin etmiş “Mançester Siti” səfərdə “Brayton”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

 

Sabah 32-ci turdan təxirə salınmış daha bir oyun keçiriləcək. “Mançester Yunayted” “Çelsi”ni qəbul edəcək.

 

İngiltərə Premyer Liqası

32-ci turun oyunu

24 may

Brayton – Mançester Siti 1:1

Qol: Enkiso, 38 – Foden, 25.


Digər xəbərlər

Xəbər xətti