Krivotsyuk oynamadı, komandası dayandı

11:38 25 May 2023

Cənubi Koreya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Jeju Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib və kubokda mübarizəni dayandırıb – 3:4.

 

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti