“Başakşəhər” finala yüksəldi - VİDEO

09:34 26 May 2023

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutub.

 

Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran “Başakşəhər” finala yüksəlib.

 

Beləliklə, finalda iki İstanbul təmsilçisi – “Fənərbaxça” ilə “Başakşəhər” üz-üzə gələcəklər. Həlledici matç iyunun 11-də keçiriləcək.

 

Türkiyə kuboku
 

Yarımfinalın cavab oyunları

25 may

Ankaragücü – Başakşəhər 2:2

Qol: Sou, 11. Xatsicovanis, 90 – S.Gürler, 61. Keni, 109.

İlk oyun – 0:1.


Digər xəbərlər

Xəbər xətti