Kan və Salihamiciç qovuldu

21:37 27 May 2023

“Bayern” ardıcıl 12-ci çempionluğa klubdakı qüsurları unutdurmadı. Münhen klubunun rəhbərliyi çempionluq matçı bitən kimi İdarə Heyətinin rəhbəri (CEO) Oliver Kan və idman direktoru Hasan Salihamiciçi qovdular!

 

Sportarena.az xəbər verir ki, artıq Kanın xələfi də bəllidir. Onu Jan-Kristian Dreesen əvəz edəcək. Təyinat rəsmiləşib. Salihamiciçin postunu kimin tutacağı da tezliklə bəlli olacaq.

 

Xatırladaq ki, bu şəxslər mövsümün gedişində sabiq baş məşqçi Yulian Naqelsmannla yolları ayırmış, komanda ondan sonra böhrana düşmüşdü.


Digər xəbərlər

Xəbər xətti