“Yaxşı planlarımız var” – Arteta

13:28 28 May 2023

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsi ilə bağlı gözləntilərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı planlarının olduğunu bildirib:

“Əl atdığımız bütün məsələlərdə mükəmməl olmaq üçün çalışırıq. Belə olduğu halda, kluba müsbət təsir göstərə bilərik. Həqiqətən, yaxşı planlarımız var”.

 

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Onlar ölkə çempionatının 37-ci turunda “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.


Xəbər xətti