“Mançester Siti”dən ayrılmaq fikri yoxdur

13:49 28 May 2023

“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips komandadan ayrılmaq fikrində deyil.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha beş il Mançester təmsilçisində forma geyinmək istədiyini söyləyib:

“Mançester Siti”də daha beş il keçirməyi səbirsizliklə gözləyirəm. Bu kluba kuboklar qazanmaq və futbol oynamaq üçün gəlmişəm.

 

2022/23 mövsümündə istədiyim kimi çıxış etmədim. Mümkün qədər qarşıdakı mövsümə hazırlaşacam”.

 

27 yaşlı futbolçu keçən ilin yayında “Lids”dən Mançester təmsilçisinə keçib.


Digər xəbərlər

Xəbər xətti