Sergey Rebrov istefa verdi

22:01 28 May 2023

Ukraynalı mütəxəssis Sergey Rebrov “Əl-Ayn” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

 

"Əl-Ayn"  Liqa Kubokunun finalında “Şarja”ya uduzub (1:2).
 

2021-ci ilin iyunundan Rebrovun çalışdırdığı komanda bu mövsüm Birləşmiş Ərəb Əmirlikləri kubokunun və Superkubokunun finalında məğlub lub, ölkə çempionatında isə gümüş medalları qazanıb.

 
Rebrovun tezliklə Ukrayna millisinin baş məşqçisi təyin olunması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti