Meksika çempionu oldular

19:29 29 May 2023

Meksikada 2022/23 mövsümünün çempionu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu, "Tiqres" olub. 

 

Monterrey təmsilçisi Klausura finalının cavab oyununda "Qvadalaxara"nı məğlub edib (3:2, ilk oyun - 0:0). 

 

Nəticədə "pələnglər" tarixdə 8-ci, 2015- ci ildən isə 5-ci dəfə Meksika çempionu olublar. Yalnız "Amerika" (13), "Qvadalaxara" (12) və "Toluka"nın (10) daha çox titulları var. "Kruz Azul" və "Leon" da 8 dəfə çempion olublar.


Digər xəbərlər

Xəbər xətti