"Real"la müqavilənin müddətini uzadır

12:00 30 May 2023

"Real"ın yarımmüdafiəçisi Toni Kroos  klubu ilə müqaviləsinin müddətini uzadacaq.

 

Sportarena.az "AS"a istinadən xəbər verir ki, o,  tərəflərin danışıqlarının son mərhələdə olduğunu vurğulayıb: "Mən klub rəhbərliyindən müqavilənin uzadılmasını nə vaxt elan edəcəklərini soruşmalıyam, çünki sonra məzuniyyətə getməliyəm!".

 

Alman yarımmüdafiəçi 2014-cü ilin yayından Madrid klubunda çıxış edir. 33 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində 50 oyuna çıxıb, 2 qol vurub və 5 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti