“Liverpul”un hədəfi: Serbiyalı futbolçu

12:36 30 May 2023

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportarena.az “The Guardian”-a istinadən xəbər verir ki, “Liverpul” 28 yaşlı futbolçunu transfer etməyi hədəfləyib. “Qırmızılar” onun üçün 26 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

 

Serbiyalı futbolçu cari mövsümdə “Latsio”nun heyətində 46 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti