“Real”dan təklif almayan futbolçu “İnter”ə keçə bilər

14:02 31 May 2023

“Real”ın müdafiəçisi Naço mövsümün sonunda klubu tərk edə bilər.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu hələ 33 yaşlı futbolçuya müqavilənin uzadılmasını təklif etməyib.

 

İtaliyanın “İnter” klubu müdafiəçini azad agent kimi transfer edə bilər.

 

Naço 2022/23 mövsümündə 43 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti