Seneqallı futbolçu “Sabah”dan ayrıldı

13:11 31 May 2023

Seneqallı futbolçu Abdullaye Ba “Sabah” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi sosial şəbəkə hesabında bildirib.

 

O, müqaviləsinin başa çatdığını vurğulayıb:

“Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız”.

 

Abdullaye Ba 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışıb.


Xəbər xətti