Rafael Ağayevin "Karate Combat"dakı növbəti rəqibi bəlli olub

20:15 31 May 2023

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi bəlli olub.

 

Sportarena.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq.

 

Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.

 

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.


Digər xəbərlər

Xəbər xətti